Karyera

STEM Analitik  Mərkəzi gənc tədqiqatçıları beynəlxalq münasibətlər, beynəlxalq hüquq, diplomatiya, geosiyasət, iqtisadiyyat,  tarix və etnoqrafiyanın müasir problemlərini öyrənməyə dəvət edir. STEM postsovet ölkələrində daxili və xarici siyasət üzrə aktual prosesləri öyrənən müstəqil beyin mərkəzidir.

Əgər siz yuxarıda qeyd olunan sahələr üzrə tədqiqatlarla məşğul olursunuzsa və qısa və tutarlı hesabatlar hazırlaya bilirsinizsə, o zaman sizinlə əməkdaşlıq etməkdən məmnun olarıq.

Prioritetlər:

- Tədqiqat mövzuları xarici siyasət, iqtisadiyyat, postsovet məkanında münaqişələr, tarix, etnoqrafiya və s. məsələləri əhatə edir.   

Beynəlxalq münasibətlər, konfliktologiya, beynəlxalq iqtisadiyyat, tarix, etnoqrafiya və s. sahələr üzrə biliklər ali təhsilli gənclər tələb olunur.  (Beynəlxalq münasibətlər və politologiya sahəsində humanitar universitetlərin namizədlərinə üstünlük veriləcək).

Namizədlər üçün tələblər:

- Aktual mövzularda analitik məqalə və şərhlər yazmaq və beynəlxalq problemlərə dair fikirləri aydın ifadə etmək bacarığı.
- Azərbaycan və rus dillərini bilmək. (Digər xarici dilləri bilmək arzuolunandır).

Digər məsələlərlə yanaşı, mərkəzin layihələrində fəal iştirak etmək, seminarlar, konfranslar təşkil etmək və digər elmi fəaliyyətlərdə iştirak etmək tələb olunur.

Aşağıdakı sənədlər “Karyera” qeyd  edilməklə mərkəzin info@stem-lab.az elektron ünvanına göndərilməlidir:

- Azərbaycan və ya rus dillərində elmi maraq dairəsini göstərən namizədin ətraflı tərcümeyi-halı;
- Şöbə müdirinin/akademik rəhbər/rəhbər müavini/mentorun tövsiyəsi;
- Mövcud nəşrlərin siyahısı, o cümlədən onlardan birinin elektron versiyası (və ya nəşrin internetdə linki)