STEM Analitik Mərkəzi təcrübəli analitiklər axtarır
Təşkilat: STEM Analitik Mərkəzi
Yaş: üstünlük 30 yaşadək namizədlərə verilir
Məşğulluq növü: tam ştat
Əsas vəzifələr:
1. İctimai-siyasi və regional proseslər üzrə analitik tədqiqatların aparılması;
2. Analitik arayışların, hesabatların və təqdimatların işgüzar üslubda hazırlanması;
3. Kütləvi informasiya vasitələri və sosial şəbəkələr daxil olmaqla açıq mənbələrdən məlumatların monitorinqi və təhlili;
4. Məlumatların işlənməsi, sistemləşdirilməsi, nəticə və tövsiyələrin hazırlanması;
5. Ekspert tədbirləri və konfransların hazırlanmasında və keçirilməsində iştirak.
Namizədlərə tələblər:
Təhsil:
1. Aşağıdakı ixtisaslardan biri üzrə ali təhsil:
• Politologiya;
• Beynəlxalq münasibətlər;
• Regionşünaslıq;
• Tarix;
• Jurnalistika;
• Filologiya;
• Dövlət idarəçiliyi (Public Administration).
Peşəkar bacarıqlar:
• Tənqidi düşüncə və analitik yanaşma qabiliyyəti;
• Mühakimə yürütmək və əsaslandırılmış nəticələr formalaşdırmaq bacarığı;
• İşgüzar yazı üslubuna yiyələnmə;
• Yüksək səviyyədə ən azı bir xarici dil biliyi;
• Kompüter proqramlarında (MS Word, PowerPoint) sərbəst işləmək və sosial media monitorinqi alətlərindən istifadə bacarığı.
Təcrübə:
• Yerli və beynəlxalq konfranslarda, təcrübə proqramlarında və ya tədqiqat layihələrində iştirak;
• Analitik, tədqiqat və ya redaksiya sahəsində təcrübə üstünlük sayılır.
Təklif olunan şərtlər:
• Peşəkar analitik mühitdə fəaliyyət;
• Strateji və tətbiqi xarakterli layihələrdə iştirak;
• Peşəkar inkişaf imkanları.
Müraciət qaydası:
Maraqlanan namizədlər öz CV-lərini (tərcümeyi-hal) info@stem-lab.az ünvanına göndərə bilərlər.
Mövzu sətrində “Vakansiyaya müraciət: Analitik” qeyd olunmalıdır.