Özbəkistan Airbus istehsalı olan Flexrotor pilotsuz uçuş aparatlarının — kəşfiyyat, müşahidə və hədəflərin aşkarlanması üçün nəzərdə tutulmuş, vertikal qalxıb-enmə qabiliyyətinə malik çoxməqsədli dronların alınması üzrə müqavilə imzalayıb. Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Airbus-ın məlumatına görə, Özbəkistan yeni PUA-ları pilotsuz aparatlarla idarə olunan helikopterlərin birgə fəaliyyət göstərdiyi mürəkkəb əməliyyat ssenarilərində istifadə etməyi planlaşdırır. Bu cür inteqrasiya vəziyyətə nəzarəti və hava əməliyyatlarının effektivliyini əhəmiyyətli dərəcədə artıracaq.

Flexrotor PUA-larının əldə edilməsi ilə Özbəkistan bu sistemləri silahlanmasına daxil edən Mərkəzi Asiyada ilk ölkə olacaq.