Keçən həftələrdə Qazaxıstan, Özbəkistan və Türkmənistan Kipr Respublikasına (Yunan Kipri) səfir təyin etdi. Bu addım, Türk Dövlətləri Təşkilatının (TDT) üç üzvünün Aprelin 4-də Səmərqənddə Avropa İttifaqı ilə sammitdə BMT Təhlükəsizlik Şurasının Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yaradılması haqqında 1983-cü il bəyannaməsini qınayan 541 və 550 saylı qətnamələrinə riayət edəcəklərini söz verdikdən sonra atıldı.
Bu addıma hazırlıqdan danışarkən qeyd etmək lazımdır ki, hələ yanvar ayında ilk olaraq Qazaxıstan Kiprlə səfir mübadiləsi və səfirliklərin açılması barədə razılığa gələrək öz qərarını elan etmişdi. Özbəkistan 2024-cü ilin dekabrında İtaliyadakı səfirini Kiprdə akkreditə etdi və bu da 1997-ci ildən bəri qurduqları əlaqələrdən sonra adaya ilk diplomatik təyinat oldu.
Türkmənistan 31 mart nümunəsini izlədi və həmçinin öz İtaliyadakı səfirini Kiprdə akkreditə etdi. Diplomatik addımlar aprelin 3-4-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Səmərqənddə keçirdiyi Aİ və Mərkəzi Asiya sammitindən dərhal əvvəl başa çatdırıldı.
Türk mediyalarında, həmçinin ekspertlər birliyində bu addımı birmənalı olmayaraq qarşıladılar. Nəticələrin çoxu, bu addımın güclərin regional yerləşməsinin dəyişməsinə gətirib çıxaracağına və Ankaranın Kiprə qarşı siyasətinə meydan oxuyacağına meyl edirdi.
Bilindiyi kimi, son illərdə türk tərəfi Şimali Kiprin türk birliyi formatına daxil edilməsini və türk dialoqunun birbaşa iştirakçısı olmasını təkidlə təklif edir. Ankaranın təşəbbüsü ilə Şimali Kipr Türkiyə Cumhuriyyəti (ŞKTC) həqiqətən də Türk Dövlətləri Təşkilatının (TDT) bütün son formal və qeyri-formal sammitlərinin iştirakçısıdır. ŞKTC hal-hazırkı formatda müşahidəçi üzv kimi qəbul edilib. Şimali Kipr həmçinin TDT çərçivəsində humanitar əməkdaşlıq proqramı və layihələrinin aktiv iştirakçısıdır. Bu fakt, Brüssel üçün gec-tez türk dövlətlərinin ŞKTC-nin müstəqilliyini qəbul etməsi istəyini göstərən əsas qıcıqlandırıcı amillərdən biri kimi göründü. Olduqca aydındır ki, Kipr Respublikası və Yunanıstan hazırki mövzuya ümumavropa səviyyəsində mütəmadi olaraq etiraz bildirən ölkələr qismində çıxış edirdilər.
Belə ki, bütün dövlətlərin ərazi bütövlüyünün tanınması, xüsusilə Aİ ölkələri üzrə, mərkəzi asiya ölkələrinin mövqeyi ilə əlaqədar siyasi vəziyyətə görə, Avropa İttifaqı ilə münasibətləri gərginləşdirmək istəyi olmadığına görə regionun dövlətləri həmişə Kipr Respublikasını öz adaları sərhəddində tanıyırdılar və onun şimal hissəsini beynəlxalq əlaqələrin tamhüquqlu subyekti kimi görmürdülər. Buna görə, Mərkəzi Asiya ölkələrinin səfirliklərinin Nikosiyada açılması, onlar tərəfindən şəxsi öhdəliklərinin və ya prinsiplərinin pozulması kimi baxılmır. Bununla belə, onlar həmişə Kipr probleminin BMT-nin prinsipləri, planları və qərarları əsasında politik həllinin lehinə çıxış edirdilər. Həmçinin kipr türklərinin maraqlarının və hüquqlarının qorunması daxil olmaqla.
Türk höküməti bu mövqeni yaxşı bilir. Ona görə o gərginliyi artırmamağa çalışır və daha çox öz məmnuniyyətsizliyini qeyri-rəsmi kanallarla və ya qeyri-ictimai metodlarla çatdıracaq. Eyni zamanda, Ankara ilə Mərkəzi Asiya əməkdaşları arasında geniş miqyaslı böhranı gözləməyə ehtiyac olmayacaq. Çoxtərəfli diaolqun gündəliyində, xüsusən də TDT çərçivəsində onları Şimali Kipr probleminin əsiri etmək üçün bütün ölkələrin maraqlarına toxunan həddindən çox prinsipial mövzular var.
Azərbaycanla işlər bir başqa vəziyyətdədir. Bakı ilə Avropa Birliyi arasındakı əlaqələr, xüsusən də Brüsselin Ermənistana olan səmimi simpatiyası səbəbi ilə gərgin olaraq qalmaqda davam edir. Uzun müddətdir ki, Aİ, Kipr və Yunanıstan daxil olmaqla İttifaqın çox ölkələri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsələr də, yenə də Qarabağın Azərbaycan Respublikasına məxsus olduğunu vurğulamamağa çalışırdılar. Erməni-Azərbaycan nizamlanması mövzusuna həsr olunmuş bir sıra Avropa formullarında və sənədlərində Azərbaycanın Qarabağ regionu və ətraf rayonları “mübahisəli ərazilər” olaraq göstərilirdi.
Bakının bu təcrübəni dəyişdirmə tələbi onların gözlədiyi nəticəyə gətirib çıxarmırdı. İndi bu mövqeyə cavab olaraq Azərbaycan tərəfi özünü Şimali-Kipr tematikasına bağlı saymır. Prezident İlham Əliyev hal-hazırkı məsələ ilə bağlı ADA Universitetində “Yeni dünya nizamına doğru” beynəlxalq forumunda çıxış edərkən rəsmi mövqeyini açıq şəkildə ifadə etdi.
“Biz həmişə qardaşlarımızın yanındayıq. Bizim siyasətimiz daima aydın olub. Bu məsələdə bizim başqa gündəmimiz yoxdur. Biz yalnız qardaşlarımıza öz ölkələrini qoruyub saxlaya bilmələri üçün necə kömək edə biləcəyimiz haqda düşünürük. Onlar buna tarix və öz əməlləri ilə layiq olublar”, - Azərbaycan dövlətinin başçısı əlavə etdi.
Prezident BMT-nin baş katibinin referendum elan edəndə türk Kiprinin birləşmək üçün səs verdiyini amma yunan-kiprliləri nümayəndələrinin əleyhinə səs verdiyini xatırladaraq qeyd etdi: “Baxın nə baş verdi? Yunan Kipri Avropa İttifaqına qəbul edildi. Bu ədalətlidirmi? Yəni bu ikili standartların aşkar nümunəsi idi və siyasətçilər bu haqda danışmaq istəmirlər. Yəni ki, onlar başlarını ağrıtmaq istəmirlər, çünki onlar bu barədə danışsalar onların başqa problemləri də ortaya çıxa bilər. Mən Şimali Kiprdəki qardaşlarımızı əmin edirəm ki, biz onların ölkələrinin müstəqil olmaları və beynəlxalq ictimaiyyət tərəfindən tanınmaları üçün daima yanlarında olacağıq.”
Sonuncu ona dəlalət edir ki, bu məsələdə də rəsmi Bakı beynəlxalq hüquqa hakimlik etməyi və mövcud beynəlxalq-hüquqi mexaniz çərçivəsində ŞKTC-nin öz müstəqilliyini əldə etməsinə kömək etməyi tərcih edir. Xatırladaq ki, hal-hazırda Azərbaycan həmçinin Şimali Kipri də müstəqil dövlət kimi tanımır.
Bir neçə gün sonra aprelin 11-də Antalya diplomatik forumu zamanı İlham Əliyevin Şimali Kipr Türk Cumhuriyyəti prezidenti Ersin Tatar ilə görüşü baş tutdu. Ersin Tatar Azərbaycan dövlətinin başçısına göstərdiyi həmrəyliyə, Şimali Kipr Türk Cumhuriyyətinə dəstəyinə və həmçinin bir neçə gün əvvəl ADA Universitetində keçirilən beynəlxalq forumda söylədiklərinə görə minnətdarlığını bildirdi.