STEM Analitik Tədqiqatlar Mərkəzində beynəlxalq münasibətlər, diplomatiya, politologiya, jurnalistika və digər sahələr üzrə gənc mütəxəssislər üçün “Dəyişən dünyada Cənubi Qafqazın aktual geosiyasəti” mövzusunda kurslar başa çatıb.

Seminarın yekun günündə STEM Mərkəzinin direktoru Orxan Yolçuyev mühazirə ilə çıxış edib. Seminarda akademik dairələrin nümayəndələri və ixtisaslaşmış tədqiqat mərkəzlərinin analitikləri iştirak ediblər. Xatırladaq ki, iki aylıq seminar kursu avqustun 6-da start götürüb və hər dərsdə müxtəlif sahələr üzrə mütəxəssislər və ekspertlər iştirak edib.

Mühazirədə müasir geosiyasi çağırışlarla bağlı məsələlər ətraflı müzakirə olunub və yeni qlobal reallıqlara uyğunlaşma strategiyaları qiymətləndirilib. “Postdam” sülh nizamının əsas aspektləri — II Dünya Müharibəsinin nəticələri, hərbi-siyasi blokların yaradılması (NATO, VMT), iki qütb arasında “Soyuq müharibə” və Sovet İttifaqının, sosialist düşərgəsinin dağılması geniş şəkildə təqdim olunub.

Orxan Yolçuyev qeyd edib ki, II Dünya Müharibəsindən sonra geosiyasət tarixi beynəlxalq münasibətlərdə genişmiqyaslı dəyişikliklərlə, bipolar sistemə keçid, dekolonizasiya, regional münaqişələr və nəticədə qlobal nizamın çoxqütblü dünyaya transformasiyası ilə xarakterizə olunur. Mühazirə zamanı müasir geosiyasi çağırışlar və qlobal reallıqlara adaptasiya strategiyaları da ətraflı təhlil edilib.

Seminarda Cənubi Qafqazın xarici siyasətinə fərqli yanaşmaları əks etdirən müxtəlif geosiyasi doktrinalar təhlil olunub, xüsusilə Fransa və ABŞ kontekstində regiondakı strategiyalar diqqət mərkəzində olub. Azərbaycan tərəfinin 44 günlük müharibədə qazandığı qələbədən sonra Cənubi Qafqazda regional nizamın dəyişməsində oynadığı rol detallı şəkildə araşdırılıb.

Seminarın yekununda iştirakçılara “Dəyişən dünyada Cənubi Qafqazın aktual geosiyasəti” mövzusunda kursu uğurla bitirmələri barədə sertifikatlar təqdim edilib.

Xatırladaq ki, aylıq kurslar ölkənin tanınmış ekspertləri, politoloqları və iqtisadçıları tərəfindən keçirilib. Mühazirələr doktor filosofiyası üzrə iqtisadçı İlqar Vəlizadə, Qafqaz Tarixi Mərkəzinin direktoru, tarixçi Rizvan Hüseynov, doktor filosofiyası üzrə iqtisadçı Emin Qəribli, politoloq Orxan Nəbiyev və tanınmış logistika eksperti Rauf Ağamirzəyev tərəfindən təqdim olunub.

İştirakçılara ekspertlərə suallar vermək, aktual mövzuları qeyri-rəsmi mühitdə müzakirə etmək və gələcək əməkdaşlıq üçün əlaqə yaratmaq imkanı verilib.

Gələcək seminarlarımıza qoşulmaq istəyən bütün maraqlı şəxsləri tədbirlərdən xəbərdar olmaq və növbəti görüşlərə dəvət almaq üçün abunə olmağa dəvət edirik.