STEM Analitik Mərkəzində “Azərbaycanın strateji məqsədləri və Cənubi Qafqazdakı reallıqlar” mövzusunda gənc regionşünaslar üçün seminarlar seriyasına start verilib. Seminarda əvvəlcədən seçilmiş 10 gənc mütəxəssis iştirak edir. Mühazirələri tanınmış ekspertlər, alimlər və hüquqşünaslar keçirir.
Mərkəzin direktoru Orxan Yolçuyev tarixi, siyasi, daxili-region və regionlararası amilləri analiz edə bilən mütəxəssislərin hazırlanmasının vacibliyini qeyd edib. İlk seminar STEM Mərkəzinə dəvətli ekspert, tanınmış politoloq İlqar Vəlizadə tərəfindən aparılıb.
Seminarda Azərbaycanın regional məsələlərdə artan rolu və Bakının qonşu regionlar, xüsusilə Mərkəzi Asiya ilə geosiyasi proseslərə təsiri vurğulanıb. Seminarların məqsədi gənc regionşünasları müəyyən etmək və Cənubi Qafqaz regionunda siyasi və iqtisadi proseslərin dinamikasını dərindən öyrənən gənc ekspertlər hovuzunu formalaşdırmaqdır.
Növbəti seminar STEM Mərkəzinin aparıcı eksperti, tanınmış hərbi analitik Aqil Rüstəmzadə tərəfindən keçiriləcək. Gələcək seminarlarla maraqlanan şəxslər bizə info@stem-lab.az ünvanına müraciət edə bilərlər.


