STEM analitik mərkəzin direktoru Orxan Yolçuyev Özbəkistanın Uzbekistan 24 telekanalına müsahibə verərək qeyd edib ki, bu gün Azərbaycan ilə Özbəkistan arasındakı ikitərəfli münasibətlər ən yüksək inkişaf səviyyəsindədir.

Ekspertin sözlərinə görə, iki ölkə arasındakı əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir və unikallığı ilə fərqlənir. O xatırladıb ki, strateji tərəfdaşlıq haqqında sazişdə Bakı və Daşkəndin üçüncü ölkələrdə birgə layihələr həyata keçirməsinə imkan verən müddəa mövcuddur ki, bu da qarşılıqlı etibarın yüksək səviyyəsini nümayiş etdirir.

Orxan Yolçuyev həmçinin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüslərini xüsusi vurğulayıb və onu “həqiqi lider” adlandıraraq, regionda dəyərli ideyaların irəlilədilməsinə və Mərkəzi Asiya daxilində və xaricində əməkdaşlığın güclənməsinə töhfə verdiyini bildirib.

Video ilə aşağıdakı linkdən tanış olmaq olar: www.facebook.com/share/v/1EUayHEhjJ/