3 mart 2025-ci ildə STEM Analitik Mərkəzi qlobal prosesləri dərindən anlamaq və məlumatlarla işləmək üçün qabaqcıl analitik metodlara yiyələnmək istəyənlər üçün unikal təhsil proqramı olan Analitiklər Məktəbini işə saldı.

Kurs zamanı iştirakçılar geniş spektrli müvafiq mövzuları araşdıracaqlar:
• Geosiyasət – beynəlxalq münaqişələr, diplomatiya və qlobal trendlər;
• İqtisadi proseslər – qlobal iqtisadiyyat, sanksiyalar və ticarət strategiyaları;
• Regional tədqiqatlar – ölkələrin və regionların spesifik inkişafı;
• Münaqişə tədqiqatları – münaqişələrin təhlili və həlli;
• Enerji – enerji bazarı, enerji siyasəti və yeni texnologiyalar.

Təlim praktik işə üstünlük verilməklə təşkil olunur. Dərslər həftədə bir dəfə STEM Analitik Mərkəzində əyani şəkildə keçirilir və ev tapşırığı, tədqiqat və real həyat təcrübələrini əhatə edir.

Proqramın bu gün, 3 martda baş tutan ilk seminarı "Regionallaşma dünya siyasətdə bir faktor kimi" mövzusuna həsr olunmuşdu və seminara iqtisadiyyat üzrə fəlsəfə doktoru, politoloq, publisist, STEM Mərkəzinin qonaq eksperti və Cənubi Qafqaz Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə rəhbərlik etmişdir. Seminar qlobal siyasətin mexanizmlərini və tendensiyalarını daha dərindən anlamaq istəyən gələcək analitiklər üçün əla başlanğıc nöqtəsi oldu.

STEM Analitik Mərkəzinin direktoru Orxan Yolçuyev kurs iştirakçılarını salamladı. O, tələbələrə bilik və analitik bacarıqlarına yiyələnməkdə uğurlar arzuladı və siyasət, iqtisadiyyat və beynəlxalq münasibətlər sahələrində qərar qəbuletmə prosesinə təsir göstərə biləcək gələcək mütəxəssislərin yetişdirilməsi üçün bu cür təhsil proqramlarının əhəmiyyətini qeyd etdi.

STEM üzrə Analitiklər Məktəbi kursu analitik bacarıqlarını inkişaf etdirmək və qlobal siyasət və iqtisadiyyatın əsas sahələrində mütəxəssis olmaq istəyən hər kəs üçün əla fürsətdir.