STEM Analitik Mərkəzində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı keçmiş fövqəladə və səlahiyyətli səfiri, regional siyasət və beynəlxalq münasibətlər sahəsində dərin biliyə malik diplomat Cavanşir Axundovla ekspert görüşü keçirilib.

Müzakirə mövzusu "İrandakı daxili siyasi vəziyyət və Məsud Pezeşkianın Bakıya səfəri" məsələsi oldu, hansı ki, dəyişən regional dinamika fonunda xüsusi aktuallıq qazanmaqdadır. Müzakirənin mərkəzində İrandakı daxili siyasi vəziyyət, o cümlədən islahatçılar və mühafizəkar dairələr arasında qüvvələr bölgüsü, həmçinin bu proseslərin ölkənin xarici siyasət kursuna təsiri dururdu. Xüsusi diqqət İran prezidenti Məsud Pezeşkianın Bakıya səfərinə ayrılmışdı, hansı ki, İran və Azərbaycan arasında ikitərəfli dialoqun yenilənməsinə potensial siqnal olaraq görülməktədir.

Həmçinin görüş zamanı İranın Bəndər-Abbas limanında baş verən partlayış da müzakirə olunub ki, bu da Cavanşir Axundovun qeyd etdiyi kimi, ölkə iqtisadiyyatına ciddi ziyan vura bilər. Bəndər-Abbas limanı İranın əsas logistik qovşaqlarından biridir və onun işində hər hansı nasazlıq onsuz da gərgin iqtisadi vəziyyət üçün risklər yaradır. Keçmiş səfir vurğulayıb ki, beynəlxalq sanksiyalar fonunda İran ciddi maliyyə çətinlikləri yaşayır: onun sözlərinə görə, ölkənin milli ehtiyatlarında təqribən 20 milyard dollar qalıb. Axundov iqtisadi təzyiqin İslam Respublikasının daxili dayanıqlığına getdikcə daha çox təsir etdiyini vurğulayaraq "İranın xarici siyasətində indi əsas məsələ sanksiyaların aradan qaldırılmasına nail olmaqdır" deyə qeyd etdi.

Həmçinin görüş çərçivəsində "Şimal — Cənub" beynəlxalq nəqliyyat dəhlizi və onun həyata keçirilməsində İranın rolu müzakirə olunub. Cavanşir Axundov vurğulayıb ki, bu layihədə tam iştirak və fayda əldə etmək üçün İran öz nəqliyyat infrastrukturunu inkişaf etdirməli və gücləndirməlidir. Onun sözlərinə görə, marşruta səmərəli inteqrasiya olunacağı təqdirdə, ölkə bir neçə milyard ABŞ dolları dəyərində iqtisadi mənfəət əldə edə bilər.

Görüş iştirakçıları bu səfərin əhəmiyyətini Cənubi Qafqaz regionunda mövcud geosiyasi dəyişikliklər kontekstində təhlil edib, həmçinin qlobal və regional çağırışlar fonunda Azərbaycan-İran əməkdaşlığının perspektivlərini müzakirə ediblər.