Noyabrın 8-də Avropa Komissiyasının Aİ-nin genişlənməsinə dair hesabatında Avropa Komissiyasının müəyyən etdiyi 12 prioritetin Gürcüstan tərəfindən yerinə yetirilməsi də daxil olmaqla, bloka üzv olmaq istəyən ölkələrin əldə etdiyi irəliləyiş qiymətləndirilib.[1] Nəticə olaraq, Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, Avropa Komissiyası Gürcüstana Aİ-yə namizəd statusunun verilməsini tövsiyə edib. Gürcüstana gələcəkdə “doqquz addım”ın atılmasının vacib olacağına dair xəbərdarlıq edilib. Aİ Gürcüstanın xarici siyasətinin Avropa İttifaqına yaxınlaşmasının zəruriliyinə də diqqət çəkib. Gürcüstan üçün tərtib edilmiş “doqquz addım”a iki yeni tövsiyə daxildir, qalanları 12 bəndlik köhnə siyahı əsasında tərtib olunub. Avropa Komissiyasının tövsiyəsi əsasında Avropa İttifaqının liderləri dekabrın 14-15-də keçiriləcək sammitdə Gürcüstana namizədlik statusunun verilməsi ilə bağlı qərar qəbul edəcəklər. Gürcüstan üçün qeyd edilən “doqquz addım” aşağıdakı bəndləri özündə ehtiva edir:[2]
- Aİ və Avropa dəyərləri haqqında dezinformasiyaya və xarici məlumatların manipulyasiyasına qarşı mübarizə;
- Gürcüstanın Aİ-nin xarici və təhlükəsizlik siyasətinə riayət etməsi zərurəti;
- Depolyarizasiya;
- Deoliqarxizasiya;
- 2024-cü il parlament seçkiləri kontekstində ədalətli seçkilərin keçirilməsi;
- İnstitusional müstəqilliyin artırılması – siyahıya MSK ilə yanaşı, Milli Bank və Rabitə Tənzimlənməsi üzrə Milli Komissiya da daxildir;
- Məhkəmə islahatları;
- Korrupsiyaya qarşı mübarizə;
- İnsan hüquqlarının, azlıqların hüquqlarının, medianın və vətəndaş fəallarının müdafiəsi.
Göründüyü kimi bu bəndlərin arasında növbəti il keçiriləcək seçkilər də yerini alıb. Bu səbəbdən gürcü mətbuatında seçkilər və partiyaların ictimai mövqeyi işıqlandırılır. Dövlət səviyyəsində seçki sisteminin təkmilləşdirilməsi istiqamətində görülən müvafiq işlər seçkilərin şəffaf keçirilməsini başlıca məqsəd kimi görməkdədir. Hələ oktyabrın 1-də Gürcüstanda keçirilən növbədənkənar seçkilərin elektronlaşdırılması Qori və Qurcaani şəhərlərinin mer seçimlərində 133 məntəqədən 103-də əksər vətəndaşların elektron texnologiyadan istifadə etməklə öz seçimlərini qeydə aldıqlarını gördük.[3] Qalan 30 seçki məntəqəsində səsvermə mövcud qaydada aparılıb, lakin bu halda bülletenlər rəqəmsallaşdırılaraq, müvafiq platformaya yüklənib və bütün maraqlı tərəflərin istifadəsinə verilib. Təsadüfi deyil ki, Gürcüstan Seçki Komissiyası mətbuata açıqlamasında bu seçkilərin 2024 seçkiləri üçün bir sınaq misalında olduğunu və prosesdə elektron texnologiyaların tətbiqinin əlverişliliyini vurğulayıb.[4]
Seçkilərə bir il qalmış Gürcüstanda partiyaların reytinqi ilə bağlı sorğular keçirilib. “İmedi” telekanalının sifarişi ilə GORBI tərəfindən keçirilən sorğuya əsasən “bu gün parlament seçkiləri keçirilərsə” sadəcə 2 partiya 5%-lik baryeri keçə bilər[5]:
- “Gürcü arzusu” – 55%
- “Vahid Milli Hərəkat – Ağmaşenebeli Strategiyası” – 20%.
Digər partiyalar üçün göstəriciləri aşağıdakı kimi sıralamaq mümkündür:
- “Girçi-Droa” – 4%
- "Lelo" - 4%
- “Avropalı Gürcüstan” – 3%
- “Gürcüstan üçün” – 3%
- “Vətənpərvərlər Alyansı” – 2%
- Leyboristlər - 2%
- “Vətəndaşlar” – 1%
- “Girçi” – 1%
- Digər - 5%.
Bu sorğu 30 sentyabr-20 oktyabr tarixləri aralığında, +/-2,2% səhv ehtimalı ilə, 2024 respondent arasında aparılıb.
İkinci maraqlı göstəricilər Formula TV-nin sifarişi ilə beynəlxalq araşdırma şirkəti Edison Research tərəfindən keçirilən sorğuda əldə olunub. Tədqiqat çərçivəsində Gürcüstanda yaşayan 18 yaş və yuxarı səsvermə hüququna malik 1000 nəfərlə üzbəüz sorğu üsulu ilə müsahibə aparılıb. +/- 3% səhv ehtimalı və 95% etibarlılıq dərəcəsi ilə sorğu 20 oktyabr - 6 noyabr 2023-cü il tarixləri arasında keçirilib[6].
Həmin ictimai sorğuya əsasən isə:
- “Gürcü Arzusu” - 37%
- “Vahid Milli Hərəkat – Ağmaşenebeli Strategiyası” - 21%
- “Gürcüstan üçün”- 9%
- “Lelo” - 5%
- “Girçi-Droa” - 4%
- “Leyboristlə” - 4%
- “Xalq Üçün” - 4%
- “Girçi (Yaqo Xviçia)” - 4%
- “Alt-İnfo” - 3%
- “Xalqın Gücü” - 3%
- “Vətəndaşlar” - 3%
- “Vətənpərvərlər Alyansı” - 2%
- “Avropalı Gürcüstan” - 1%
- Digər - 1%
“Beynəlxalq Respublika İnstitutu”nun (IRI) araşdırmasına görə, əgər gələn şənbə parlament seçkiləri keçirilsəydi, respondentlərin 25 faizi “Gürcü Arzusu”, 13 faizi isə “Vahid Milli Hərəkat”ı dəstəkləyəcəkdi. Sorğunun nəticələrinə görə, respondentlərin 25%-i birinci seçim kimi “Gürcü arzusu”nu (3%-i ikinci seçim), 13%-i “Vahid Milli Hərəkat”ı (ikinci seçim olaraq 3%-i) qeyd edib. Digər partiyalara gəlincə:
- “Gürcüstan üçün” – 4% (4% ikinci seçim)
- "Ağmaşenebeli Strategiyası" - 3% (4% ikinci seçim)
- "Xalqın Gücü" - 1% (5% ikinci seçim)
- "Lelo" - 2% (4% ikinci seçim)
- "Girçi" - 3% (2 saniyə seçim)
- “Girçii-Droa - Zurab Caparidze, Elene Xoştaria” - 2% (3% ikinci seçim)
- "Leyboristlər Partiyası" - 2% (3% ikinci seçim)
- "Vətəndaşlar" - 2% (2% ikinci seçim)
- "Xalq üçün" - 2% (1% ikinci seçim)
- "Vətənpərvərlər Alyansı" - 1% (1% ikinci seçim)
- "Konservativ Hərəkat" - "Alt-İnfo" - 1% (1% ikinci seçim)
- "Avropalı Gürcüstan" - <1% (1% ikinci seçim)
- Digər - 1% (<1% ikinci seçim)
Sorğu 2023-cü il sentyabrın 14-dən oktyabrın 14-dək Beynəlxalq Respublika İnstitutu Araşdırmalar Mərkəzi adından Baltikyanı Tədqiqatlar və Gelap Təşkilatının nümayəndəsi doktor Rasa Alişauskine tərəfindən aparılıb.[7]
Gürcüstan mətbuatında seçkilərin keçirilməsinə 1 il müddətin qaldığı bir vaxtda 5%-lik baryerin müzakirəsi gündəm mövzusuna çevrilib. Mövcud konstitusiyaya görə, 2024-cü ildə parlament seçkiləri 5% baryerlə və tam proporsional sistemlə keçiriləcək.
Müxalifət qanadı düşünür ki, demokratik plüralizmin, seçki sisteminin təkmilləşdirilməsi kimi məsələləri göz önündə tutaraq baryerin aşağı salınması seçki prosesində bir çox problemləri həll edə, həmçinin kiçik partiyaların da parlamentə düşmə şansını artıra bilər.[8] Müxalifət tərəfindən baryerin aşağı salınmasının müəyyən risklər yarada biləcəyini, lakin plüralist mühitin yaradılması üçün ilkin şərt olduğunu söyləyənlər də var.[9] Müşahidələr göstərir ki, müxalifət tərəfinin heç də hamısı bu iddiaları dəstəkləmir, əksinə vahid qaydalarla keçiriləcək seçkilərə hazırlaşan və mövcud şərtlərlə bu göstəricini keçə biləcəklərini əminliklə ifadə edən partiyalar var.[10]
Hakim partiya aşağı baraj şəraitində toplanan parlamentin dövlətin və xalqın xeyrinə yüksək keyfiyyət nümayiş etdirməsinin sual altında olduğu qənaətindədir. Tarixi təcrübəyə əsaslanaraq Gürcüstanın bu məsələ ilə bağlı pis təcrübəsinin olduğunu da arqument olaraq göstəriblər.[11] Ümumiyyətlə hakim “Gürcü Arzusu” partiyası son il yarım müddətdə keçirilən sorğularda yüksək nəticə göstərdiklərindən parlamentdə səs çoxluğunu qorumaq, partiya üzrə seçki reytinqlərini artırmaq niyyətində olduqlarını və bu istiqamətdə çalışacaqlarını ifadə ediblər. Bütün bunların məzmununda 5%-lik seçki baryerinin qalmasını demokratik proseslərin stabil inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyi qənaətindədirlər.[12]
Parlament sədri Şalva Papulaşvilinin sözlərinə görə, müxalifət bundan əvvəlki seçkilərdə birləşmə şansını istifadə edə bilmədiyindən baryerin bu göstəricisinin qalması adekvatdır və bu göstəricinin azaldılması tələbi yersizdir.[13] Parlamentin prosedur məsələləri və reqlament komitəsinin sədri İrakli Kadagişvili hesab edir ki, seçki baryerinin aşağı salınması heç bir müsbət siyasi nəticə verməyəcək.[14] Onun sözlərinə görə, tələbləri insanların siyasi ambisiyalarına uyğunlaşdırmaq olmaz, əksinə güclü siyasi təşkilata sahib olunması üçün liderlər konstitusiya tələblərini əsas götürməlidirlər.
Parlamentin Hüquq Məsələləri Komitəsinin sədrinin birinci müavini Davit Matikaşvili seçki baryerinin aşağı salınmasına ehtiyacın olmadığını, əksinə, bu həddin Avropa həddinə kifayət qədər yaxınlığını diqqətə çatdırıb: “Bizim baryerimiz Avropa həddinə kifayət qədər yaxındır. Onu aşağı salmağa ehtiyac yoxdur. Ölkədə hansısa uğur əldə etmək istəyən bütün partiyalar parlament seçkilərinə hazırlaşmalıdırlar...” - deyə o bildirib.[15]
Nəticə olaraq deyə bilərik ki, daxili proseslər işığında Gürcüstan vətəndaşlarının siyasi partiyalardan tələbi ciddi nəticələrin ortaya qoyulmasından ibarətdir. Bu tələbi qarşılamaq üçünsə bu sahədə əhəmiyyətli addımların atılması gərəkdir. Avropa İttifaqına üzvlük yolunda müəyyən islahatların keçirilməsi də artıq arzuolunan deyil, vacib olan fazaya keçmişdir.
[1] ევროკომისია გაფართოების შესახებ ანგარიშს, რომელშიც საქართველოზეც იქნება საუბარი, დღეს გამოაქვეყნებს https://www.interpressnews.ge/ka/article/776846-evrokomisia-gapartoebis-shesaxeb-angarishs-romelshic-sakartvelozec-ikneba-saubari-dges-gamoakveqnebs
[2] Georgia Report 2023. 8.11.23 Brussels https://neighbourhood-enlargement.ec.europa.eu/system/files/2023-11/SWD_2023_697%20Georgia%20report.pdf and https://neighbourhood-enlargement.ec.europa.eu/system/files/2023-11/COM_2023_690%20Communication%20on%20EU%20Enlargement%20Policy_and_Annex.pdf?fbclid=IwAR01ZKjWxItp6a9KDGKeQWqu3sD64HdOgcvIIAWyuuTBZEEI95vneLD0MwU
[3] საქართველოში პირველად, არჩევნები თითქმის სრულად ელექტრონული სისტემით ჩატარდა https://rustavi2.ge/ka/news/265807
[4] გორსა და კასპში პარლამენტის შუალედური, გურჯაანში კი მერის რიგგარეშე არჩევნები მიმდინარეობს https://rustavi2.ge/ka/news/265774
[5] ტელეკომპანია “იმედის” დაკვეთით, “გორბის” მიერ ჩატარებულ კვლევაზე ისევ კეთდება პოლიტიკური შეფასებები https://www.imedi.ge/ge/video/142222/telekompania-imedis-dakvetit-gorbis-mier-chatarebul-kvlevaze-isev-ketdeba-politikuri-shepasebebi
[6] პარტიების რეიტინგი - Edison Research-ის კვლევა https://formulanews.ge/News/101196?fbclid=IwAR2h6tsfejvbzD4i7z9FE_BoEGCA1DZhh7Utw_PFkVYkq_LvYTKeZBt-QiM
[7] Georgian Survey of Public Opinion | September – October 2023 https://www.iri.org/resources/georgian-survey-of-public-opinion-september-october-2023/?fbclid=IwAR15ulASTO7mvjHZW19N-1w6TR0vpSCT6kUf92CSCfP1aHOhUx9wHzZGKfw
[8] დავით ხაჯიშვილი - თუ დემოკრატიის გაძლიერება გვინდა ქვეყანაში, საარჩევნო ბარიერი უნდა დაიწიოს https://www.interpressnews.ge/ka/article/777388-davit-xajishvili-tu-demokratiis-gazliereba-gvinda-kveqanashi-saarchevno-barieri-unda-daicios
[9] ანა ბუჩუკური - „ნაციონალურ მოძრაობასა“ და „ქართულ ოცნებას“ ბარიერის დაწევა, შესაძლოა, აწყობდეთ, რათა თავიანთი სატელიტები 2024 წლის არჩევნებზე გაიყვანონ https://1tv.ge/news/ana-buchukuri-nacionalur-modzraobasa-da-qartul-ocnebas-barieris-daweva-shesadzloa-awyobdes-rom-tavianti-satelitebi-2024-wlis-archevnebze-gaiyvanon/
[10] ითხოვს თუ არა ევროკომისია საარჩევნო ბარიერის დაწევას https://netgazeti.ge/life/696692/
[11] "საკითხი დახურულია, ამაზე საუბარი უკვე წარსულია" - ღუდუშაური საარჩევნო ბარიერის დაწევაზე https://formulanews.ge/News/%22%E1%83%A1%E1%83%90%E1%83%99%E1%83%98%E1%83%97%E1%83%AE%E1%83%98_%E1%83%93%E1%83%90%E1%83%AE%E1%83%A3%E1%83%A0%E1%83%A3%E1%83%9A%E1%83%98%E1%83%90,_%E1%83%90%E1%83%9B%E1%83%90%E1%83%96%E1%83%94_%E1%83%A1%E1%83%90%E1%83%A3%E1%83%91%E1%83%90%E1%83%A0%E1%83%98_%E1%83%A3%E1%83%99%E1%83%95%E1%83%94_%E1%83%AC%E1%83%90%E1%83%A0%E1%83%A1%E1%83%A3%E1%83%9A%E1%83%98%E1%83%90%22_-_%E1%83%A6%E1%83%A3%E1%83%93%E1%83%A3%E1%83%A8%E1%83%90%E1%83%A3%E1%83%A0%E1%83%98_%E1%83%A1%E1%83%90%E1%83%90%E1%83%A0%E1%83%A9%E1%83%94%E1%83%95%E1%83%9C%E1%83%9D_%E1%83%91%E1%83%90%E1%83%A0%E1%83%98%E1%83%94%E1%83%A0%E1%83%98%E1%83%A1_%E1%83%93%E1%83%90%E1%83%AC%E1%83%94%E1%83%95%E1%83%90%E1%83%96%E1%83%94/101336
[12] არჩევნები ჩატარდება 5%-იანი ბარიერით - ირაკლი კობახიძე https://rustavi2.ge/ka/news/269281
[13] საპარლამენტო არჩევნებამდე ერთი წლით ადრე ოპოზიციური პარტიების ნაწილმა ისევ საარჩევნო ბარიერის დაწევაზე დაიწყო საუბარი - რას პასუხობენ ოპონენტებს მმართველ პარტიაში https://rustavi2.ge/ka/news/269208
[14] არანაირი დადებითი პოლიტიკური შედეგი არ ექნება, თუ ბარიერს კონკრეტული ადამიანების პოლიტიკურ ამბიციებს მოვარგებთ - ირაკლი ქადაგიშვილი https://rustavi2.ge/ka/news/269161
[15] ბარიერის დაწევის არანაირი აუცილებლობა არ არის - დავით მათიკაშვილი https://rustavi2.ge/ka/news/269226