STEM Mərkəzi və AMEA Qafqazşünaslıq İnstitutu Gənc Alimlər Forumunda iştirak etmək üçün seçim elan edir

Dekabrın 19-da STEM Analitika Mərkəzinin və AMEA-nın Qafqazşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycanın Vətən müharibəsində qələbəsinə həsr olunmuş “Qafqaz regionunda təhlükəsizlik və çağırışlar” adlı Respublika Gənc Alimlər Forumu keçiriləcəkdir. 

Azərbaycanın parlaq qələbəsi ilə nəticələnmiş 44-günlük Vətən müharibəsindən sonra Cənubi Qafqaz regionunda yeni geosiyasi və geoiqtisadi reallıq formalaşmağa başlamış, Qafqaz respublikalarının geniş miqyasda regional əməkdaşlığı üçün imkanlar yaranmışdır.

Forum zamanı gənc alimlərimiz Cənubi Qafqazın inkişaf perspektivləri, regionda gələcək əməkdaşlıq formatı, təhlükəsizlik problemləri, müasir dövrün çağırışları və digər məsələlər ətrafında tədqiqatları ilə çıxış edəcəklər.   

Forum aşağıdakı istiqamətlər üzrə keçiriləcək:

- Azərbaycan müasir geosiyasi reallıqlarda Qafqaz regionunda liderdir
- Qafqazın inteqrasiyasının iqtisadi yolları
- Qafqazda trans-magistral layihələr
- Qafqazda etnomədəni və dinlərarası dialoq
- Qafqazda enerji siyasəti
- Cənubi Qafqazın yeni geosiyasi mənzərəsi
- Qafqazda böyük dövlətlərin geosiyasi maraqları
- Qafqazda terror təhlükəsi

Sözügedən foruma elmi-araşdırma institutları və qurumlarının, ali təhsil müəssisələrinin yaşı 30 qədər olan əməkdaşları, innovativ qrupların və birliklərin nümayəndələri, müəllimlər, magistr və doktorantlar dəvət edilir.

Respublika Forumun materiallarının çap edilməsi nəzərdə tutulur.

Respublika Forumunda iştirak edə bilmək üçün aşağıdakı şərtlərə uyğun olaraq müraciət formu və tezisləri təşkilat komitəsinin forum2022@stem-lab.az elektron poçtuna, mövzu yerinə “Respublika Gənc Alimlər Forumu” başlığını yazaraq göndərilməlidir. Göndəriləcək fayllarda müəllifin adı olmalıdır. Məs: Mamedov_article, Mamedov_application. Təşkilatı komitə, Forumun təyin etdiyi problematika əsasında iştirakçıları seçmə hüququna malikdir.

Müraciət və tezislərin qəbulu 16 dekabr 2022-ci ilə qədər davam edəcək. Təşkilat komitəsi, Forumun materialları arasında çap ediləcək tezislələri seçmə hüququna malikdir.

Tezis aşağıdakı qaydalara riayət etmək tələb olunur:

- Tezisdən əvvəl sağda müəllifin soyadı, adı və ata adı (tam); işlədiyi/oxuduğu qurumun tam adı (ölkə və şəhər daxil), elmi dərəcəsi, varsa elmi adı, işlədiyi vəzifə, elektron poçtu, telefon nömrəsi yazılmalıdır.
- Tezisin başlığı böyük hərflərlə və ortadan yazılmalıdır. Tezisin həcmi 2 səhifədən çox olmamalıdır (maksimum 700 söz) və açar sözlər (maksimum 4 söz/ifadə) olmalıdır.
Tezislər azərbaycan və rus dilində təqdim oluna bilər.

Mətn elektron variantda hazırlanmalı və elektron poçtla göndərilməlidir. Səhifə quruluşu: Microsoft Word (A4), Times New Roman, şrift - 14, aralıq 1.5, paraqraf 1.25 sm; səhifə parametrləri: üst və alt kənar boşluqları - 2 sm; sol - 3 sm; sağ - 1.5 sm.

“Qafqaz regionunda təhlükəsizlik və çağırışlar” adlı Respublika Forumda iştirak üçün mürəciət formunda bunlar olmalıdır:

1. Müəllifin ad və soyadı (tam);
2. Təvvəlüdü;
3. Təşkilat/qurum (iş yeri və vəzifə, oxuduğu müəssə);
4. Elmi dərəcə, elmi ad;
5. Çıxışın mövzusu;
6. Xarici dil bilgisi (rus, ingilis, fransız, ərəb, fars və s.);
7. Əlaqə: e-poçt və telefon;
8. Poçt adresi, poçt kodu.

Forum iştirakçılarına iştirak sertifikatı veriləcəkdir. Eyni zamanda, tədbirdə fərqlənən çıxışçılar arasında STEM beyin mərkəzinə siyasi təhlilçi qismində işə qəbul olunması istiqamətində seçim aparılacaqdır.

Forumda iştirak etmək üçün bütün şərtləri https://stem-lab.az/az/site/forum linkinə daxil olmaqla öyrənmək olar.