STEM Analitik Mərkəzində Topkapı Universitetinin (Türkiyə) Miqrasiya Siyasəti Araşdırmaları Mərkəzinin direktoru Venera Mustafayeva ilə görüş baş tutmuşdur. Görüşdə mərkəzin ekspertləri və stajçıları iştirak etdi.

Görüş zamanı Venera Mustafayeva Yaxın Şərq ölkələrində, xüsusilə İraq, İran və Suriyada türk xalqları və türk mədəni irsi mövzusunda apardığı tədqiqatların nəticələrini təqdim etdi. İraq və İranda həyata keçirdiyi sahə tədqiqatlarına xüsusi diqqət yetirilmiş, bu tədqiqatlar çərçivəsində o, türkmən icmalarının həyat tərzini, identikliyini və mədəni irsini araşdırmışdır.
Məruzəçi azərbaycanlılar və türkmənlər arasında dil, mədəniyyət və tarixi yaddaş baxımından yüksək yaxınlığın mövcud olduğunu vurğulamış, türkmənlərin Azərbaycana qarşı açıq şəkildə isti münasibət və simpatiya ifadə etdiklərini qeyd etdi.
.jpeg)
Bundan əlavə, Venera Mustafayeva Türkiyənin Yaxın Şərqdə həyata keçirdiyi, türk irsinin qorunması və təbliği, eləcə də regionda humanitar əlaqələrin inkişafına yönəlmiş mədəni və təhsil layihələri haqqında məlumat verdi.
Görüş tədqiqat strukturları arasında gələcək əməkdaşlıq və elmi mübadilə perspektivlərinin müzakirəsi ilə yekunlaşdı.
.jpeg)